İqtisadiyyat Nazirliyi kiçik və orta sahibkarlıqla bağlı seminar keçirib

İqtisadiyyat Nazirliyi kiçik və orta sahibkarlıqla bağlı seminar keçirib Bakı. 7 dekabr. REPORT.AZ/ Bu gün İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların, o cümlədən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) və yerli ekspertlərin iştirakı ilə “Azərbaycanda kiçik və orta sahibkarlığın (KOS) rəqabət qabiliyyətliliyinin artırılması islahatlarının və iqtisadi diversifikasiyanın dəstəklənməsi” mövzusunda seminar keçirilib.
Biznes
7 Dekabr , 2017 20:39
İqtisadiyyat Nazirliyi kiçik və orta sahibkarlıqla bağlı seminar keçirib

Bakı. 7 dekabr. REPORT.AZ/ Bu gün İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların, o cümlədən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) və yerli ekspertlərin iştirakı ilə “Azərbaycanda kiçik və orta sahibkarlığın (KOS) rəqabət qabiliyyətliliyinin artırılması islahatlarının və iqtisadi diversifikasiyanın dəstəklənməsi” mövzusunda seminar keçirilib.

“Report” xəbər verir ki, seminarda bir sıra dövlət qurumları və beynəlxalq təşkilatları təmsil edən 40-dan çox nümayəndə iştirak edib.

Tədbirdə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov 11 istiqamət üzrə yol xəritələri, o cümlədən “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi” təsdiq olunduğunu vurğulayıb və bu istiqamətdə görülmüş işlər, biznes və investisiya mühitinin inkişafı sahəsində həyata keçirilən islahatlar barədə məlumat verib.

Nazir müavini bu yol xəritəsinin icrası istiqamətində beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi məqsədilə OECD ilə həyata keçirilən "Azərbaycanda kiçik və orta sahibkarlığın rəqabət qabiliyyətliliyinin artırılması islahatlarının və iqtisadi diversifikasiyanın dəstəklənməsi" mövzusunda təhlil icmalı ilə bağlı işlər aparıldığını bildirib və sənəd barədə məlumat verib.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Yeroen Vilems (Jeroen Willems) və OECD-nin qlobal münasibətlər üzrə layihə rəhbəri Bill Tompson tədbirin əhəmiyyəti, KOS sahəsində həyata keçirilən Yol Xəritəsi üzrə müəyyən olunmuş hədəf istiqamətlər üzrə, həmçinin Azərbaycan hökuməti ilə birgə həyata keçirilən layihə haqqında məlumat veriblər.

Sonra “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə strateji hədəflərin (Biznes tərəfdaşlığı, KOS-lar üçün alternativ maliyyə alətləri, KOS subyektlərinin beynəlmiləlləşdirilməsi, qadın sahibkarlıq) icrasına OECD-nin göstərəcəyi ekspert dəstəyi barədə müzakirələr aparılıb. Həmçinin bu tədbirlər çərçivəsində investisiyanın təşviqi və asanlaşdırılması, müəssisə sorğusu layihəsi və xarici investorlar ilə əlaqə, KOS strategiyaları və fəaliyyət planlarının monitorinqi və qiymətləndirilməsi üçün məlumatların toplanması, təhlili, hesabatvermə bilikləri barədə təqdimatlar edilib, suallar cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi