İqtisadiyyat Nazirliyi keçirdiyi tenderin nəticəsini açıqlayıb

İqtisadiyyat Nazirliyi keçirdiyi tenderin nəticəsini açıqlayıb “Bis CO” və “SRS Consulting” MMC-lərin daxil olduğu konsorsium qalib elan edilib və həmin şirkətlərlə satınalma müqaviləsi bağlanılıb
Biznes
25 Aprel , 2017 08:56
İqtisadiyyat Nazirliyi keçirdiyi tenderin nəticəsini açıqlayıb

Bakı. 25 aprel. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi “Regionların inkişafına dəstək Qrant Proqramı” çərçivəsində “Sahibkarlar üçün biznes inkubatorlarının inkişaf etdirilməsinə dəstək” layihəsi ilə əlaqədar elan etdiyi açıq tenderdə iştirak edən iddiaçıların təkliflərini qiymətləndirib.

“Report” xəbər verir ki, bu barədə Tender Komissiyasına istinadən rəsmi mətbuatda məlumat verilib.

Məlumatda deyilir ki, komissiyanın qərarına əsasən, “Bis CO” və “SRS Consulting” MMC-lərin daxil olduğu konsorsium qalib elan edilib və həmin şirkətlərlə satınalma müqaviləsi bağlanılıb. 

Son xəbərlər

Orphus sistemi