İqtisadiyyat Nazirliyi əhaliyə müraciət edib

İqtisadiyyat Nazirliyi əhaliyə müraciət edib Nazirlik qiymətləri tənzimlənmiş dərman vasitələrinin istehlakçılara fərqli qiymətlərlə satışının qadağan olduğunu bildirir
Biznes
7 Sentyabr , 2017 17:05
İqtisadiyyat Nazirliyi əhaliyə müraciət edib

Bakı. 7 sentyabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi istehlakçılara müraciət edib. 

Nazirlikdən "Report"a daxil olan məlumata görə, müraciətdə bildirilib ki, "Dərman vasitələri haqqında" qanuna əsasən, qiymətləri tənzimlənmiş dərman vasitələrinin istehlakçılara fərqli qiymətlərlə satışı qadağandır.

"Dərman vasitələrinin təsdiq edilmiş qiymətlərdən aşağı və yaxud yuxarı qiymətlərlə satışına görə İnzibati Xətalar Məcəlləsində vəzifəli şəxslərə 1 000 manatdan 1 500 manatadək, hüquqi şəxslərə 3 000 manatdan 5 000 manatadək cərimə nəzərdə tutulur. İstehlakçılara dərman alarkən qiymətlərə diqqət yetirməyi, dərman vasitələrinin dövlət tərəfindən təsdiq olunmuş qiymətlərdən fərqli qiymətlərlə satışı halları ilə rastlaşdıqda İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinə, (012) 498-15-01 və 498-15-04 nömrəli telefonlarla İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri tövsiyə olunur", - deyə nazirliyin məlumatında qeyd edilib.

Son xəbərlər

Orphus sistemi