Yuxarı
    Bağlamaq

    İqtisadiyyat Nazirliyi Almaniyaya ixrac missiyası təşkil edir

    İxrac missiyalarında iştirak edəcək ixracatçılar müsabiqə əsasında seçiləcəklər

    Bakı. 27 dekabr. REPORT.AZ/ Azərbaycan İqtisadiyyat Nazirliyi gələn il yanvarın 23-26-da Almaniyaya ixrac missiyası təşkil edir.

    Nazirlikdən "Report"a verilən xəbərə görə, ixrac missiyasında iştirak etmək üçün ixracatçılar İqtisadiyyat Nazirliyinə müraciət etməlidirlər.

    İxrac missiyaları meyvə-tərəvəz, təbii mineral sular, meyvə şirələri, şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları, şərab və digər spirtli içkilər, çay, fındıq, bal və baldan hazırlanan məhsulları əhatə edəcək.

    İxrac missiyalarında iştirak edəcək ixracatçılar müsabiqə əsasında seçiləcəklər. Müsabiqəni İqtisadiyyat Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu ("Azpromo") təşkil edir.

    Müsabiqə "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında dekabrın 29-da "Azpromo"da (Bakı Biznes Mərkəzi, Neftçilər pr-ti,32, Bakı, AZ1000, elektron poçt ünvanı: destek@azpromo.az, telefon: +99412 5980147/48) təşkil olunacaq. 

    İxrac missiyalarında iştirak etmək istəyən ixracatçılar tələb olunan sənədləri dekabrın 28-dək "Azpromo"ya təqdim etməlidir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi