Yuxarı

İqtisadiyyat nazirinin müavinləri vətəndaşları qəbul edəcəklər

​ İqtisadiyyat nazirinin müavinləri vətəndaşları qəbul edəcəklər

Sabah, saat 11:00-da İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Qusar şəhəri, Mirzə Vəliyev küçəsində yerləşən Heydər Əliyev Mərkəzində Qusar rayonundan olan vətəndaşları, digər nazir müavini Sahib Məmmədov isə Xaçmaz şəhəri, Bakı prospektində yerləşən İqtisadiyyat Nazirliyinin Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində Xaçmaz rayonundan olan vətəndaşları qəbul edəcək.

"Report" bu barədə nazirliyə istinadən xəbər verir. 

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün office@economy.gov.az elektron poçt ünvanı, (012) 493-14-56, (012) 310-28-00 (daxili 21-79) və (055) 245-00-28 nömrəli telefonlar (əlaqələndirici şəxs Elşən Abbaszadə), Nazirliyin 195-2 Çağrı Mərkəzi, həmçinin Nazirliyin Quba-Xaçmaz regional bölməsi (əlaqələndirici şəxs Mətləb Cəfərov, əlaqə telefonu: (023) 326-83-16, (050) 235-01-50, elektron poçt ünvanı: matlab.cafarov@economy.gov.az) vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar İqtisadiyyat Nazirliyinin internet səhifəsində xüsusi olaraq yaradılmış "İqtisadiyyat nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölməsi və facebook vasitəsilə də qəbula yazıla bilərlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi