İqtisadiyyat nazirinin müavini İslam İnkişaf Bankının Müdirlər Şurasının Toplantısında iştirak edib

İqtisadiyyat nazirinin müavini İslam İnkişaf Bankının Müdirlər Şurasının Toplantısında iştirak edib Bakı. 5 aprel. REPORT.AZ/ Aprelin 1-5-də Tunisdə İslam İnkişaf Bankının (İİB) Müdirlər Şurasının 43-cü İllik Toplantısı keçirilib.
Biznes
5 Aprel , 2018 17:16
İqtisadiyyat nazirinin müavini İslam İnkişaf Bankının Müdirlər Şurasının Toplantısında iştirak edib

Bakı. 5 aprel. REPORT.AZ/ Aprelin 1-5-də Tunisdə İslam İnkişaf Bankının (İİB) Müdirlər Şurasının 43-cü İllik Toplantısı keçirilib.

İqtisadiyyat Nazirliyindən "Report"a verilən məlumata görə, tədbirdə Azərbaycanı iqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. 

S.Məmmədov çıxış edərək Azərbaycanda sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması sahəsində həyata keçirilən kompleks tədbirlər və genişmiqyaslı islahatlar nəticəsində əldə edilmiş nailiyyətlər, yaradılmış münbit iqtisadi şərait barədə məlumat verib, İİB ilə əməkdaşlığın genişləndirilməsi barədə fikirlərini bildirib.

Son xəbərlər

Orphus sistemi