Yuxarı

​İqtisadiyyat naziri Zərdabda vətəndaşları qəbul edəcək

Qəbul Heydər Əliyev Mərkəzində keçiriləcək

Bakı. 21 iyul. REPORT.AZ/ İqtisadiyyat naziri Şahin Mustafayev iyulun 22-də Zərdab şəhərində Ağcabədi, Zərdab və Ucar rayonlarından olan vətəndaşları qəbul edəcək.

Nazirlikdən “Report”a verilən məlumata görə, qəbul saat 11:00-da Zərdabdakı Heydər Əliyev Mərkəzində başlayacaq. 

Qəbula gəlmək istəyənlər qeydiyyat üçün nazirliyin office@economy.gov.az, 195-2 Çağrı Mərkəzi, Aran regional bölməsinə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar nazirliyin internet və "facebook" səhifələrində xüsusi olaraq yaradılan “İqtisadiyyat nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət” bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi