​İqtisadiyyat naziri Sabirabadda vətəndaşları qəbul edəcək

​İqtisadiyyat naziri Sabirabadda vətəndaşları qəbul edəcək Tədbirdə Şirvan şəhəri, Hacıqabul və Sabirabad rayonlarının sakinləri iştirak edə bilərlər
Biznes
11 Avqust , 2016 15:38
​İqtisadiyyat naziri Sabirabadda vətəndaşları qəbul edəcək

Bakı. 11 avqust. REPORT.AZ/ Avqustun 12-də iqtisadiyyat naziri Şahin Mustafayev Sabirabadda Şirvan şəhəri, Hacıqabul və Sabirabad rayonlarından olan vətəndaşları qəbul edəcək. İqtisadiyyat Nazirliyindən "Report"a verilən məlumata görə, vətəndaşların qəbulu saat 11:00-dan etibarən Heydər Əliyev Mərkəzində (H.Əliyev prospekti,95) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyata alınmaqları üçün Nazirliyin [email protected] elektron poçt ünvanı və 493-14-56, 493-88-67 (21-05), (055) 257-60-90 nömrəli telefonlar (əlaqələndirici şəxs - Elmar Hacıyev), Nazirliyin 195-2 Çağrı Mərkəzi, həmçinin Nazirliyin Aran regional bölməsi (əlaqələndirici şəxs - Elbrus Hüseynov, əlaqə telefonu: (022) 337-82-81, (055) 206-88-52, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar Nazirliyin internet və "Facebook" səhifələrində xüsusi olaraq yaradılmış "İqtisadiyyat nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.

Son xəbərlər

Orphus sistemi