Yuxarı

​İqtisadiyyat naziri Naftalanda vətəndaşları qəbul edəcək

Görüşdə Naftalan şəhəri, Tərtər və Goranboy rayonlarının sakinləri iştirak edə bilərlər

Bakı. 6 may. REPORT.AZ/ Sabah iqtisadiyyat naziri Şahin Mustafayev Naftalan şəhərində Tərtər, Goranboy rayonları və Naftalan şəhərindən olan vətəndaşları qəbul edəcək.

“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, vətəndaşların qəbulu saat 11:00-dan etibarən Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyata alınmaları üçün Nazirliyin office@economy.gov.az elektron poçt ünvanı və 493-14-56, 493-88-67 (21- 05), (055) 257- 60- 90 nömrəli telefonlar (əlaqələndirici şəxs Elmar Hacıyev), 195-2 Çağrı Mərkəzi, Gəncə-Qazax regional bölməsi (Gəncə şəhəri, Heydər Əliyev Meydanı, inzibati bina, əlaqələndirici şəxs Arzu Hacıyev, əlaqə telefonu: (022) 256 02 32, (050) 395 91 97, elektron poçt ünvanı: arzu.haciyev@economy.gov.az) vasitəsilə müraciət edə bilərlər.

Eyni zamanda, vətəndaşlar Nazirliyin internet və facebook səhifələrində xüsusi olaraq yaradılan “İqtisadiyyat nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət” bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi