Yuxarı
    Bağlamaq

    İqtisadiyyat naziri Macarıstanın Azərbaycandakı səfiri ilə müzakirələr aparıb

    ​Azərbaycanda 14 macar şirkəti fəaliyyət göstərir

    Bakı. 10 may. REPORT.AZ/ İqtisadiyyat naziri, Azərbaycan və Macarıstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə komissiyanın həmsədri Şahin Mustafayev Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İmre Laslotskinı qəbul edib.

    İqtisadiyyat Nazirliyindən “Report”a verilən məlumata görə, görüşdə iki ölkənin iqtisadi əlaqələrinə və əməkdaşlığın genişləndirilməsi imkanlarına dair qarşılıqlı fikir mübadiləsi aparılıb, növbəti Azərbaycan-Macarıstan biznes forumunun keçirilməsi müzakirə edilib, bir sıra Macarıstan şirkətlərinin Azərbaycanda həyata keçirməkdə maraqlı olduğu layihələr diqqətə çatdırılıb.

    Bundan başqa, görüşdə qarşılıqlı dostluq prinsipləri üzərində qurulan Azərbaycan-Macarıstan əlaqələrinin iqtisadiyyatın müxtəlif sahələrində uğurla davam etdiyi, əməkdaşlığın inkişafında birgə komissiyanın fəaliyyətinin əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, ölkələr arasında 40-dan çox sənəd imzalanıb, qarşılıqlı səylər nəticəsində ticarət əlaqələri genişlənib. Hazırda Azərbaycanda 14 macar şirkəti fəaliyyət göstərir. Təkcə 2005-2016-cı illərdə biznes dairələrinin iştirakı ilə 10-dan çox tədbir keçirilib.

    Görüşdə ticarət əlaqələrinin genişləndirilməsi, investisiya qoyuluşu, tranzit yükdaşımaları, turizm, İKT və digər sahələrdə əlaqələrin genişləndirilməsi imkanları müzakirə edilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi