İqtisadiyyat naziri Göygöldə vətəndaşları qəbul edəcək

İqtisadiyyat naziri Göygöldə vətəndaşları qəbul edəcək Bakı. 19 iyul. REPORT.AZ/ İqtisadiyyat naziri Şahin Mustafayev sabah Göygöldə Şəmkir, Goranboy və Göygöl rayonlarında rayonlarından olan vətəndaşları qəbul edəcək.
Biznes
19 İyul , 2018 12:20
İqtisadiyyat naziri Göygöldə vətəndaşları qəbul edəcək
İqtisadiyyat naziri Şahin Mustafayev / Report/ Firi Salim
0 : 00
0 : 00

Bakı. 19 iyul. REPORT.AZ/ İqtisadiyyat naziri Şahin Mustafayev sabah Göygöldə Şəmkir, Goranboy və Göygöl rayonlarında rayonlarından olan vətəndaşları qəbul edəcək.

İqtisadiyyat Nazirliyindən "Report"a verilən məlumata görə, vətəndaşların qəbulu saat 11:00-dən etibarən Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün İqtisadiyyat Nazirliyinin [email protected] elektron poçt ünvanı və 493-14-56, 493-88-67 (daxili 21-79) və (055) 245-00-28 nömrəli telefonlar (əlaqələndirici şəxs Elşən Abbaszadə), Nazirliyin 195-2 Çağrı Mərkəzi, həmçinin Nazirliyin Gəncə-Qazax regional bölməsi (əlaqələndirici şəxs Arzu Hacıyev, əlaqə telefonu: (022) 256-13-78; (050) 395-91-97, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar İqtisadiyyat Nazirliyinin www.economy.gov.az internet səhifəsində xüsusi olaraq yaradılmış "İqtisadiyyat nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölməsi və Nazirliyin facebook səhifəsi vasitəsilə də qəbula yazıla bilərlər.

Son xəbərlər

Orphus sistemi