Yuxarı
    Bağlamaq

    İqtisadiyyat naziri Goranboyda vətəndaşlarla görüşəcək

    Qəbulda ətraf rayonların da sakinləri iştirak edə bilərlər

    Bakı. 19 may. REPORT.AZ/ İqtisadiyyat naziri Şahin Mustafayev mayın 20-də Goranboyda Gəncə, Naftalan, Xocalı şəhərlərindən və Goranboy rayonundan olan vətəndaşları qəbul edəcək.

    Nazirlikdən "Report"a daxil olan məlumata görə, vətəndaşların qəbulu saat 11:00-dan etibarən Heydər Əliyev Mərkəzində (ünvan: Dədə Qorqud küç., 27) keçiriləcək.

    Görüşə gəlmək istəyən vətəndaşlar qeydiyyata alınmaları üçün İqtisadiyyat Nazirliyinin office@economy.gov.az elektron poçt ünvanı və 493-14-56, 493-88-67 (21-05), (055) 257-60-90 nömrəli telefonlar (əlaqələndirici şəxs Elmar Hacıyev), 195-2 Çağrı Mərkəzi, Nazirliyin Gəncə-Qazax regional bölməsi (ünvan: Gəncə şəhəri, Heydər Əliyev Meydanı, İnzibati bina, əlaqələndirici şəxs Arzu Hacıyev, əlaqə telefonu: (022) 256-13-78, (050) 395-91-97, elektron poçt ünvanı: arzu.haciyev@economy.gov.az) vasitəsilə müraciət edə bilərlər.

    Bununla yanaşı, vətəndaşlar İqtisadiyyat Nazirliyinin internet və "Facebook" səhifələrində xüsusi olaraq yaradılmış "İqtisadiyyat nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi