Bakı. 22 fevral. REPORT.AZ/ İqtisadiyyat naziri, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri
İqtisadiyyat Nazirliyindən “Report”a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 7-ci iclası keçiriləcək, ticarət və investisyalar, energetika, İKT, kənd təsərrüfatı, turizm, nəqliyyat və yükdaşımalar, texniki yardım, gənclər və idman, mədəniyyət, humanitar, qida təhlükəsizliyi və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunacaq.
Azərbaycan nümayəndə heyəti Çinə səfər çərçivəsində həmçinin, rəsmi şəxslər və aparıcı şirkətlərinin rəhbərləri ilə görüşəcək.