Yuxarı

İqtisadiyyat naziri Biləsuvarda vətəndaşları qəbul edib

İqtisadiyyat naziri Biləsuvarda vətəndaşları qəbul edib

Bakı. 17 noyabr. REPORT.AZ/ Bu gün iqtisadiyyat naziri Şahin Mustafayev Biləsuvarda Salyan, Neftçala, Biləsuvar və Cəbrayıl rayonlarından olan vətəndaşları qəbul edib. 

Bu barədə “Report”a İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Məlumata görə, qəbulda digər şəhər və rayonlardan olan və qəbul zamanı birbaşa müraciət edən vətəndaşların müraciətlərinə də baxılıb. İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri nazir tərəfindən dinlənilib, müraciət edilən məsələlərlə bağlı izahat və məlumat verilib, əksər məsələlər yerindəcə həll edilib. Müraciətlərdə göstərilən digər məsələlərin qəbuldan dərhal sonra araşdırılması və həlli üçün Nazirliyin aidiyyəti məsul əməkdaşlarına tapşırıqlar verilib. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlərin isə icrası nəzarətdə saxlanılmaqla aidiyyəti strukturlara çatdırılacağı bildirilib.

Qəbula gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin alınması, region üçün ənənəvi sahələrin inkişafı, sənaye və kənd təsərrüfatı müəssisələrinin yaradılması, əkin sahələrinin suvarılmasına və sahibkarlıq subyektinə qaz təchizatı məsələsində köməkliyin göstərilməsi, investisiya təşviqi sənədinin verilməsi, sosial və s. məsələlərlə bağlı müraciət ediblər. Eyni zamanda qəbula gələn sahibkarların təklifləri müzakirə edilib, onların heyvandarlıq, quşçuluq, arıçılıq, əkinçilik, meyvəçilik, dəri emalı sahəsinin genişləndirilməsi, pambıqçılıq, xurma istehsalı, istixana təsərrüfatının yaradılması, soyuducu anbarın tikilməsi və s. sahələr üzrə investisiya layihələrinin güzəştli kreditlər hesabına maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib.

Ümumilikdə qəbulda 50-ə yaxın vətəndaş müraciət edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi