Yuxarı

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində makroiqtisadi mövzuda müzakirə olub

Müzakirələrdə Azərbaycanda yeni iqtisadi modelin ətrafında fikir mübadiləsi aparılıb

Bakı. 26 avqust. REPORT.AZ/ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində "Milli iqtisadiyyat perspektivi" mövzusunda alt işçi qrupunun toplantısı keçirilib. Bu barədə “Report”a Mərkəzdən məlumat verilib.

Müzakirələrdə Azərbaycanda yeni iqtisadi modelin ətrafında fikir mübadiləsi aparılıb: “Xüsusilə fiskal dayanıqlılıq və ortamüddətli xərclər çərçivəsi barədə müzakirələrdə qeyd edilib ki, ölkə qısa və uzunmüddətli dövrdə davamlı inkişafı təmin etmək üçün böyük potensiala malikdir. Pul kütləsi və faiz dərəcələrinin gücləndirilmiş koordinasiyası, çevik məzənnə siyasəti və effektiv makroiqtisadi koordinasiya çərçivəsi barədə müzakirələr aparılıb. Eyni zamanda, iqtisadiyyatın ixtisaslaşdırılması istiqamətində müvafiq təkliflər də verilib”.

Müzakirələrdə Prezident Administrasiyası, Mərkəzi Bank, İqtisadiyyat Nazirliyi və digər qurumların nümayənədələri iştirak ediblər. Bütün təkliflər sistemləşdirilərək "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" üzrə İşçi Qrupuna təqdim edilib. Qeyd edilməlidir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində iqtisadiyyatın bütün əsas istiqamətləri üzrə müzakirə platformaları təşkil olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi