İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı Azərbaycanda sahibkarlığın inkişafına dəstək verir

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı Azərbaycanda sahibkarlığın inkişafına dəstək verir Qurum Azərbaycanla Starteji Yol Xəritəsi üzrə əməkdaşlıq edə bilər
Biznes
8 Sentyabr , 2017 10:06
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı Azərbaycanda sahibkarlığın inkişafına dəstək verir

Bakı. 8 sentyabr. REPORT.AZ/ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Azərbaycanda səfərdə olan nümayəndə heyətini qəbul edib.

“Report” bu barədə mərkəzə istinadən xəbər verir.

Qurumun Qlobal Münasibətlər katibliyinin Avrasiya bölməsi üzrə rəhbəri Villam Topmson və Avrasiya rəqabətlilik proqramı üzrə layihə rəhbəri Daniel Quadbek ilə müzakirələr zamanı, qonaqlara, Azərbaycanda aparılan iqtisadi islahatlar, qəbul olunan Strateji Yol Xəritələri, Rəqəmsal Ticarət Qovşağı eləcə də Azexport portalı və “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi barədə ətraflı məlumat verilib. İİTKM-in icraçı direktoru əlavə edib ki, Azərbaycanda həm makroiqtisadi, həm də sektorlar üzrə müəyyən edilmiş məqsədlərə nail olmaq üçün müxtəlif proqramlar həyata keçirilib.

"Bu istiqamət çərçivəsində aparılan işlər özünün real nəticələrini verir. Çünki son dövrlər Azərbaycanın beynəlxalq reytinqlərdə mövqeyinin güclənməsi, biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində ciddi irəliləyişlər var", - o qeyd edib. 

Müzakirələr zamanı İƏİT-nin nümayəndələri Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər. Qurumun layihə rəhbəri Daniel Quadbek Starteji Yol Xəritəsi üzrə əməkdaşlıq imkanlarının olduğunu deyib. O bildirib ki, kiçik və orta sahibkarlıq səviyyəsində isteklak mallarının istehsalına dair Starteji Yol Xəritəsinin monitorinq və koordinasiyası ilə bağlı İİTKM ilə əməkdaşlıq etmək niyyətindədirlər. Qurum bu mövzu çərçivəsində Azərbaycanda bir sıra seminarların və təlimlərin təşkilində təşəbbüslə çıxış edir. 

Son xəbərlər

Orphus sistemi