Yuxarı

AZPROMO ​“İnvestisiya layihələri” kataloqunu yeniləyib

Kataloqun hazırlanmasına məqsəd qeyri-neft sektoruna xarici investisiyaların cəlb olunmasını stimullaşdırmaqdır

Bakı. 1 avqust. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) hər il hazırlanan “İnvestisiya layihələri” kataloqunu yeniləyib.

Bu barədə "Report"a nazirlikdən bildirilib.

Kataloqun hazırlanmasına məqsəd qeyri-neft sektoruna xarici investisiyaların cəlb olunmasını stimullaşdırmaqdır. Kataloqda kənd təsərrüfatı, sənaye, alternativ və bərpa olunan enerji, turizm, İKT, tikinti və s. kimi ölkə iqtisadiyyatının prioritet sahələrini əhatə edən və xarici investorlar üçün maraqlı ola biləcək 65 investisiya layihəsi əksini tapıb.

“İnvestisiya layihələri” kataloqu AZPROMO tərəfindən keçirilən tədbirlər və ikitərəfli görüşlər zamanı xarici iş adamlarına təqdim olunur. Artıq potensial investorlar tərəfindən kataloqda yer almış layihələrlə bağlı AZPROMO-ya müraciətlər də daxil olur.

Kataloqla İqtisadiyyat Nazirliyinin www.economy.gov.az və AZPROMO-nun www.azpromo.az internet səhifələrində tanış olmaq olar. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi