"Azərbaycanda qadın sahibkarlığının inkişafına xüsusi dəstək verilir".
"Report" xəbər verir ki, bunu Bakıda keçirilən “Üfüqdə yeni fürsətlər: Qadın Sahibkarlara yaşıl işıq” adlı II Forumda çıxış edən Baş nazirin müavini
“Artıq neçənci dəfədir ki, qadın sahibkarlığı ilə bağlı toplantıda iştirak edirəm. Azərbaycanda qadın sahibkarlığının daha da inkişaf etdiyini və iqtisadiyyat sahəsində qadınların iştirakının artmasının şahidi oluram”, - o qeyd edib.
Ə.Əhmədov həmçinin bildirib ki, Azərbaycanda Prezident
Onun sözlərinə görə, insanların rifahının yaxşılaşdırılmasında əsas istiqamətlərdən biri məşğulluğun inkişafıdır: "Burada da əsas məsələ ölkədə qadın sahibkarlığının artırılması ilə əlaqədardır. Azərbaycan qadınları bütün sahələrdə kifayət qədər yüksək fəallıq göstərməyə hazırdırlar. İqtisadiyyatın bir çox sahələrində, səhiyyədə qadınlarımızın iştirak səviyyəsi kişilərdən daha yüksəkdir. Qadının ictimai fəallığının artırılması Azərbaycan cəmiyyətinin demokratik potensialının gücləndirilməsinin vacib hissələrindən biridir. İkinci tərəfdən ailələrin təminatının yaxşılaşdırılmasında qadın sahibkarlığının inkişafının rolu böyükdür. Bununla birlikdə qadınlar Azərbaycan iqtisadiyyatına, bütövlükdə ölkənin inkişafına töhfə verirlər".