Yuxarı
    Bağlamaq

    ​İndoneziyada beynəlxalq innovasiya sərgisi keçiriləcək

    İnnovasiya sərgisi mayın 15-19-da keçiriləcək

    Bakı. 6 yanvar. REPORT.AZ/ Bu il may ayının 15-19-da İndoneziyanın paytaxtı Cakarta şəhərində Beynəlxalq İnnovasiya Sərgisi keçiriləcək. 

    “Report” Azpromo-ya istinadən bildirir ki, bu sərgi İslam İnkişaf Bankı Direktorlar Şurasının 41-ci İllik Toplantısı çərçivəsində təşkil olunacaq.

    İslam İnkişaf Bankına üzv ölkələrin inkişafını dəstəkləmək məqsədilə həyata keçirilən sərgidə daha çox gənclərin bacarıqlarının gücləndirilməsi istiqamətinə yönəldilən səhiyyə, təhsil, innovasiya və məşğulluq layihələrinə üstünlük veriləcək.

    Qeyd edək ki, Azərbaycan sahibkarları da bu tədbirə dəvətlidirlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi