İnam Kərimov: "Gələn il Quba-Xaçmaz regionunda ailələrin ABAD-a qoşulmasını təşviq edəcəyik"

İnam Kərimov: "Gələn il Quba-Xaçmaz regionunda ailələrin ABAD-a qoşulmasını təşviq edəcəyik" Bakı. 26 dekabr. REPORT.AZ/ ABAD-ın əsas məqsədi kiçik sahibkarlığa dəstək verməkdir. Report xəbər verir ki, bunu Kiçik sahibkarların ABAD-la əməkdaşlığının qurulmasına dəstək mövzusunda bu gün keçirilən tədbirdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) rəhbəri İnam Kərimov deyib.
Biznes
26 Dekabr , 2017 11:41
İnam Kərimov: Gələn il Quba-Xaçmaz regionunda ailələrin ABAD-a qoşulmasını təşviq edəcəyik
Kənd təsərrüfatı naziri İnam Kərimov / Report/ Firi Salim

Bakı. 26 dekabr. REPORT.AZ/ "ABAD-ın əsas məqsədi kiçik sahibkarlığa dəstək verməkdir". "Report" xəbər verir ki, bunu "Kiçik sahibkarların ABAD-la əməkdaşlığının qurulmasına dəstək" mövzusunda bu gün keçirilən tədbirdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN Xidmət") rəhbəri İnam Kərimov deyib.

Onun sözlərinə görə, kiçik sahibkarların qarşısında 3 əsas problem var: "ABAD kiçik sahiblarlara ailə təsərrüfatlarına məhsullarını istehsal edib satışa çıxarmaq üçün kömək edir. Əgər ailə təsərrüfatları hər hansı məsələdə çətinlik çəkərsə, ABAD onlara dəstək verir. Kiçik sahibkarın 3 əsas çətinliyi var. Birincisi satmaq, ikincisi satmaq və üçüncüsü satmaqdır. ABAD məhz Bakıda və regionlarda olan satış mərkəzləri ilə bu işə dəstək verir."

ASAN rəsmisi növbəti il üçün olan planları da açıqlayıb: "Növbəti ildə Quba-Xaçmaz regionunda ailələrin ABAD-a qoşulmasını təşviq edəcəyik. Arzu edirəm ki, ailə biznesiniz o qədər genişlənsin ki, iri sahibkara çevriləsiz".

Son xəbərlər

Orphus sistemi