Yuxarı

İlham Əliyev: “İcra başçıları həm yerli, həm də xarici biznes dairələri ilə sıx təmaslar qurmalıdırlar”

"İcra başçıları biznes dairələri ilə sıx təmaslar qurmalıdırlar"

“İşsizliklə bağlı olan problemlər bütövlükdə Azərbaycanda öz həllini tapır və beynəlxalq qurumlar da bu sahədəki uğurlarımızı qeyd edir”.

“Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev Rüstəm Xəlilovu Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı, Vüqar Novruzovu isə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması ilə əlaqədar qəbul edərkən deyib.

“Ancaq mən bunu dəfələrlə demişəm. Bəzi qonşu ölkələrdən fərqli olaraq bizim əhalimiz artır. Cənubi Qafqazda Azərbaycan yeganə ölkədir ki, əhalisi artır və Sovet dövründən sonra müstəqillik illərində demək olar ki, 30% artıb, 7 milyondan 10 milyona çatıb. Bütün bunlar əlbəttə tələb edir ki, yeni iş yerləri yaradılsın və iş yerlərinin yaradılması üçün investisiya layihələri icra edilməlidir.

Ona görə də icra başçıları da həm yerli, həm də xarici biznes dairələri ilə sıx təmaslar qurmalıdırlar, şəhər və rayonlara investisiyalar cəlb etməlidirlər ki, yerli istehsal artsın, işsizlik daim aşağı səviyyədə olsun”, - deyə o, qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi