İçərişəhərdə reklam yerləşdirilməsi qaydası məlum olub

İçərişəhərdə reklam yerləşdirilməsi qaydası məlum olub Bakı. 29 avqust. REPORT.AZ/ “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində reklam yerləşdirilməsi qaydası məlum olub.
Biznes
29 Avqust , 2018 18:34
İçərişəhərdə reklam yerləşdirilməsi qaydası məlum olub

Bakı. 29 avqust. REPORT.AZ/ “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində reklam yerləşdirilməsi qaydası məlum olub. 

"Report"un məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 fevral tarixli 200 nömrəli fərmanı ilə təsdiq edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb. 

Fərmanla Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 fevral tarixli 200 nömrəli fərmanı ilə təsdiq edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu haqqında Əsasnamə”nin 16-cı hissəsi aşağıdakı redaksiyada verilir:

“16. İdarə Qoruğun ərazisində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada, ölçülərindən asılı olmayaraq, reklam qurğularının tikintisinə, quraşdırılmasına, onlarda konstruktiv dəyişikliklər edilməsinə, onların istismarına və “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq reklamın yerləşdirilməsinə icazə verir.”.

Son xəbərlər

Orphus sistemi