Azərbaycanda dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar üzrə builki proqnoz yerinə yetirilib

Azərbaycanda dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar üzrə builki proqnoz yerinə yetirilib Bu ilin əvvəlindən indiyə qədər Azərbaycanda dövlət əmlakının icarəyə verilməsi üzrə daxilolmalar 10,3 milyon manat təşkil edib.
Biznes
22 Noyabr , 2019 10:25
Azərbaycanda dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar üzrə builki proqnoz yerinə yetirilib

Bu ilin əvvəlindən indiyə qədər Azərbaycanda dövlət əmlakının icarəyə verilməsi üzrə daxilolmalar 10,3 milyon manat təşkil edib.

"Report" bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2019-cu il üzrə büdcə proqnozundan 2,3 milyon manat və yaxud 28,75% çoxdur.

2019-cu ildə qeyri-yaşayış sahələrinin icarəyə verilməsi ilə bağlı 261 müqavilə bağlanılıb, 450 müqavilənin müddəti artırılıb. Müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinə gəldikdə isə bu dövlət əmlaklarına dair ümumilikdə 52 icarə müqaviləsi bağlanılıb, 34 icarə müqaviləsinin müddəti artırılıb. 

Son xəbərlər

Orphus sistemi