Yuxarı

"Honda", "Nissan" və "Toyota" ciddi problem aşkarlanıb

Hava yastıqlarının partlaması nəticəsində 8 nəfər həlak olub

Bakı. 27 iyun. REPORT.AZ/ “Honda”, “Nissan” və “Toyota” avtomobillərində hava yastıqlarının partlaması nəticəsində ümumilikdə 8 nəfərin ölməsi faktları dünyada bu yapon brendlərinə qarşı etirazlara səbəb olub.

“Report” bildirir ki, son günlərin gündəmini zəbt edən hadisələrlə bağlı bu avtomobil nəhəngləri üçün hava yastığı istehsal edən Yaponiyanın “Takata” şirkətinin baş meneceri Şigeisa Takada (Shigehisa Takada) təşkil etdiyi mətbuat konfransında bütün dünyadan üzr istəyib.

Bu günə qədər hava yastığı problemləri səbəbi ilə dünya üzrə 35 mln.-dan çox avtomobil geri çağrılıb. Yaponiyanın “Nissan” və “Toyota” avtomobil istehsalçıları “Takada” hava yastıqlarına görə daha 2,86 mln. avtomobili geri çağıracaqlarını açıqlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi