“Honda” şirkəti "Brexit"dən sonra Böyük Britaniyadakı müəssisəsini dayandıracaq

“Honda” şirkəti "Brexit"dən sonra Böyük Britaniyadakı müəssisəsini dayandıracaq Bakı. 11 yanvar. REPORT.AZ/ Yaponiyanın məşhur “Honda Motor Corp” şirkəti Böyük Britaniyanın Avropa İttifaqı üzvlüyündən şıxması (Brexit) başa çatandan sonra bu ölkənin Suindon şəhərindəki müəssisəsinin fəaliyyətini 6 günlük dayandıracaq.
Biznes
11 Yanvar , 2019 14:00
“Honda” şirkəti Brexitdən sonra Böyük Britaniyadakı müəssisəsini dayandıracaq

Bakı. 11 yanvar. REPORT.AZ/ Yaponiyanın məşhur “Honda Motor Corp” şirkəti Böyük Britaniyanın Avropa İttifaqı üzvlüyündən şıxması ("Brexit") başa çatandan sonra bu ölkənin Suindon şəhərindəki müəssisəsinin fəaliyyətini 6 günlük dayandıracaq.

“Report” “The Independent”ə istinadən xəbər verir ki, bu addım "Brexit"dən sonra meydana çıxa biləcək problemlərə hazırlıq tədbirləri çərçivəsində atılır.

“Mümkün olan hər cür fəsadlara “Honda”nın tam hazır olmasını təmin etmək üçün 2019-cu ilin aprel ayında 6 qeyri-iş günü tətbiq etməyi düşünürük. Bu, parçaların sərhəd üzərindən tədarükünün hər hansı ləngiməsi halında istehsalat fəaliyyətini bərpa etmək üçün gərəkdir”, – şirkətin mətbuat xidməti bildirib.

Son xəbərlər

Orphus sistemi