Yuxarı
    Bağlamaq

    Hollandiyanın iqtisadi məsələlər üzrə naziri Azərbaycana gəlib

    Bakıya səfər zamanı ikitərəfli iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunacaq

    Bakı. 11 may. REPORT.AZ/ Hollandiyanın iqtisadi məsələlər üzrə naziri Henk Kamp Azərbaycana gəlib.

    Hollandiyanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, iki günlük səfər zamanı nazir Azərbaycanın bir sıra rəsmi şəxsləriylə görüşəcək. Görüşlərdə ikitərəfli iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunacaq.

    Bundan başqa, H.Kamp "ADA" Universitetində tələbələrlə görüşəcək və onlara mühazirə oxuyacaq.

    Nazirin səfərindən sonra mayın 17-də Bakıya Hollandiyanın geniş tərkibdə biznes nümayəndə heyəti gələcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi