Bakı. 11 may. REPORT.AZ/ Hollandiyanın iqtisadi məsələlər üzrə naziri Henk Kamp Azərbaycana gəlib.
Hollandiyanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, iki günlük səfər zamanı nazir Azərbaycanın bir sıra rəsmi şəxsləriylə görüşəcək. Görüşlərdə ikitərəfli iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunacaq.
Bundan başqa, H.Kamp "ADA" Universitetində tələbələrlə görüşəcək və onlara mühazirə oxuyacaq.
Nazirin səfərindən sonra mayın 17-də Bakıya Hollandiyanın geniş tərkibdə biznes nümayəndə heyəti gələcək.