Yuxarı

"Holcim Azerbaijan" tender keçirir

Tender iki lot üzrə keçirilir

Bakı. 6 oktyabr. REPORT.AZ/ "Holcim Azerbaijan" ASC iaşə ("Catering"), eləcə də təmizlik və bağçılıq ("Cleaning and Gardening") xidmətlərinin satın alınmasına dair tender elan edib.

"Report" xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

İki lot üzrə keçirilən tenderin şərtləri ilə bağlı şirkətlə əlaqə saxlamaq lazımdır.

Xatırladaq ki, "Holcim (Azerbaijan)" şirkəti 2000-ci ildə yaradılıb və ölkənin ən iri sement istehsalçısıdır. Onun nizamnamə kapitalı 31 812 880 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 20 manat olan 1 590 644 səhm əsasında formalaşıb. Səhmlərin 76%-i İsveçrənin “Lafarge Holcim” və "Holcim Auslandbeteiligungs GmbH.” şirkətlərinə (müvafiq olaraq 66% və 10%), 10%-i Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 14%-i isə fiziki şəxslərə məxsusdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi