Bakı. 29 mart. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən qadın sahibkarlar və işgüzar dairələr mayın 16-da Hindistanın Nyu-Dehli şəhərində işə başlayacaq iqtisadi foruma dəvət ediliblər. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) "Report"a verilən məlumata görə, altı gün davam edəcək forum qadınlar üçün təşkil olunacaq.
Tədbir haqqında ətraflı məlumat əldə etmək istəyənlər Azpromo-ya müraciət edə bilərlər.