​Hindistanda beynəlxalq yarmarka keçiriləcək

​Hindistanda beynəlxalq yarmarka keçiriləcək Yarmarka iyulun 15-18-i tarixlərində təşkil olunacaq
Biznes
9 May , 2016 13:23
​Hindistanda beynəlxalq yarmarka keçiriləcək

Bakı. 9 may. REPORT.AZ/ Bu ilin iyulun 15-18-də Hindistanın Tamil Nadu ştatının Koimbator şəhərində bu ölkənin Ticarət və Sənaye Nazirliyinin təşkilatçılığı ilə kokos ağacının liflərindən hazırlanan məhsulların beynəlxalq  yarmarkası keçiriləcək.

“Report”a Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) bildirilib ki, yarmarka çərçivəsində alıcılar və satıcıların görüşü təşkil olunacaq.

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr yarmarkaya dəvətlidirlər. Tədbir haqqında ətraflı məlumat əldə etmək istəyənlər "Azpromo"ya müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi