Həştərxanda Azərbaycan Biznes Mərkəzinin açılışı olub - ƏLAVƏ OLUNUB

Həştərxanda Azərbaycan Biznes Mərkəzinin açılışı olub - ƏLAVƏ OLUNUB Həştərxan. 31 may. REPORT.AZ/ Həştərxanda Azərbaycan Biznes Mərkəzinin açılışı olub.
Biznes
31 May , 2018 13:31
Həştərxanda Azərbaycan Biznes Mərkəzinin açılışı olub - ƏLAVƏ OLUNUB
Report
0 : 00
0 : 00

Həştərxan. 31 may. REPORT.AZ/ Həştərxanda Azərbaycan Biznes Mərkəzinin açılışı olub.

"Report"un Rusiya bürosunun verdiyi xəbərə görə, mərkəzin açılışıında Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin və Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev çıxış ediblər. 

Biznes Mərkəzinin açılışını Heydər Əliyen Fondunun vitse-prezidenti Leyla Əliyeva edib.

Daha sonra qonaqlar Biznes Mərkəzinin sərgi salonu ilə tanış olublar. 

***

Mərkəzinin açılışında çıxışı zamanı Ş.Mustafayev Rusiyanın Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olduğunu, buna görə də Azərbaycanın ilk ticarət nümayəndəliyini məhz Rusiyada açmasının təsadüfi olmadığını bildirib. Nazir iki ölkə arasındakı ticarət dövriyyəsində müsbət dinamika müşahidə edildiyini qeyd edib. Belə ki, onun sözlərinə görə, ötən il ölkələr arasında ticarət dövriyyəsi 22% artaraq 2 milyard ABŞ dollarına çatıb. Bu ilin ilk 4 ayı üzrə isə artım 30% təşkil edib. Ş.Mustafayev Rusiyanın Azərbaycandakı ümumi investisiyalarının artıq 4 milyard ABŞ dollarına çatdığını, Azərbaycanın Rusiyadakı ümumi investisiyalarının isə 1 milyard ABŞ dollarını ötdüyünü qeyd edib.

Öz növbəsində, Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin Bakıda da Həştərxan biznes mərkəzinin tikintisinin getdiyini xatırladıb. O bildirib ki, bu iki obyektin işləməsi Rusiya və Azərbaycan arasındakı ticari-iqtisadi əlaqələri xeyli genişləndirilməyə imkan verəcək.

Son xəbərlər

Orphus sistemi