Hesablama Palatası kotirovka sorğusu keçirir

Hesablama Palatası kotirovka sorğusu keçirir Təkliflər fevralın 17-nə qədər qəbul ediləcək
Biznes
9 Fevral , 2017 09:23
Hesablama Palatası kotirovka sorğusu keçirir

Bakı. 9 fevral. REPORT.AZ/ Hesablama Palatası balansında olan 22 ədəd müxtəlif markalı nəqliyyat vasitəsinə ehtiyat hissələrinin satın alınması və xidmətlərin göstərilməsi ilə əlaqədar kotirovka sorğusu elan edib.

“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Məlumatda deyilir ki, kotirovka təklifləri fevralın 17-nə qədər Palatanın yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, 33 ünvanında qəbul ediləcək.

Əlaqələndirici şəxs Namiq Ağayevdir (tel.: (012) 493 32 11 (daxili 277).

Son xəbərlər

Orphus sistemi