Hans Timmer: "Region ölkələri İKT və ticarətə daha çox diqqət yetirməlidir"

Hans Timmer: "Region ölkələri İKT və ticarətə daha çox diqqət yetirməlidir" Dünya Bankı: Çinin qlobal ticarətdə payı azalır və bu digər ölkələrə rəqabət üçün şərait yaradır
Biznes
11 May , 2017 12:35
Hans Timmer: Region ölkələri İKT və ticarətə daha çox diqqət yetirməlidir

Bakı. 11 may. REPORT.AZ/ "Düşünürəm ki, iqtisadi sabitlik üçün bu vaxta qədər atılan addımlar dayandırılmalıdır. Çünki onlar artıq keçmişdə qalıb. İndi region ölkələri İKT və ticarətə daha çox diqqət yetirməlidir".

"Report" xəbər verir ki, bunu Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə baş iqtisadçısı Hans Timmer deyib.

H.Timmerin sözlərinə görə, qlobal ticarətə əsasən, Çində baş verən proseslər həlledici rol oynayır: "Çinin qlobal ticarətdə payı azalır. Bu isə növbəti illərdə Avropa və digər region ölkələrinə rəqabət üçün şərait yaradır".

Bank rəsmisi deyib ki, növbəti illərdə ticarətin digər sahələrində də inkişafı gözlənilir: "Biz gələcək illər üçün mal ticarətindən xidmət ticarətinə keçidin baş verəcəyini düşünürük".

Son xəbərlər

Orphus sistemi