Yuxarı

Gürcüstanın xarici ticarət dövriyyəsinin dəyəri 6%-ə yaxın artıb

​Gürcüstanın xarici ticarət dövriyyəsinin dəyəri 6%-ə yaxın artıb

Bu ilin yanvar ayında Gürcüstanın xarici ticarət dövriyyəsinin dəyəri 882,4 milyon ABŞ dolları təşkil edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin məlumatında bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,7% çoxdur.

Yanvarda Gürcüstanın ixracının dəyəri illik müqayisədə 10% artaraq 262,6 milyon ABŞ dollarına, idxalının dəyəri isə 3,9% artaraq 619,7 milyon ABŞ dollarına bərabər olub.

Hesabat dövründə ölkənin ticarət kəsiri 357,1 milyon dollar olub ki, bunun da ümumi ticarət dövriyyəsindəki payı 40,5% təşkil edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi