Gürcüstanın “Rustavi 2” televiziya kanalı satışa çıxarılıb

Gürcüstanın “Rustavi 2” televiziya kanalı satışa çıxarılıb Gürcüstanın müxalif “Rustavi 2” televiziya kanalı satışa çıxarılıb.
Biznes
12 Avqust , 2019 13:07
Gürcüstanın “Rustavi 2” televiziya kanalı satışa çıxarılıb

Gürcüstanın müxalif “Rustavi 2” televiziya kanalı satışa çıxarılıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə televiziyanın sahibi, iş adamı Kibar Xalvaşi bəyanat yayıb.

O, televiziyanın ən yüksək qiymət təklif edəcək şəxsə satılacağını bildirib.

K.Xalvaşi “Rustavi 2”nin ciddi maliyyə böhranı yaşadığını qeyd edib.

Kanal rəhbəri ciddi niyyəti olan və 1 milyon dollar bank zəmanəti təqdim edəcək şəxslərlə müzakirə aparmağa hazır olduğunu deyib.

O, “Rustavi 2” kanalının yenidən uğurlu şirkət olacağına ümid etdiyini vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi