Gürcüstanın qubernatoru "CEO Lunch Tbilisi"də iştirak edəcək

Gürcüstanın qubernatoru "CEO Lunch Tbilisi"də iştirak edəcək Bakı. 11 dekabr. REPORT.AZ/ Gürcüstanın Kvemo-Kartli regionunun qubernatoru Qriqol Nemsadze dekabrın 15-də bu ölkədə “Caspian European Club” və III CEO Lunch Tbilisi çərçivəsində keçiriləcək Azərbaycan-Gürcüstan biznes-forumunda fəxri qonaq qismində iştirak edəcək.
Biznes
11 Dekabr , 2017 19:01
Gürcüstanın qubernatoru CEO Lunch Tbilisidə iştirak edəcək

Bakı. 11 dekabr. REPORT.AZ/ Gürcüstanın Kvemo-Kartli regionunun qubernatoru Qriqol Nemsadze dekabrın 15-də bu ölkədə “Caspian European Club” və "III CEO Lunch Tbilisi" çərçivəsində keçiriləcək Azərbaycan-Gürcüstan biznes-forumunda fəxri qonaq qismində iştirak edəcək.

“Caspian European Club”dan “Report”a verilən məlumata görə, “Caspian Energy Georgia”nın fəaliyyətinin yenilənməsi çərçivəsində tədbirin təşkilinin əhəmiyyətini vurğulayan Q.Nemsadze qeyd edib ki, bu daha sıx ticari-iqtisadi əməkdaşlığa, ikitərəfli əlaqələrin nizamlanmasına təkan verəcək. O, Azərbaycan şirkətlərinin Kvemo-Kartli regionunun ərazisində də fəal işləyəcəklərinə, bununla da Gürcüstan və Azərbaycanın özəl sektoru arasında əməkdaşlığın yeni səviyyəyə yüksələcəyinə ümid etdiyini bildirib.

“Caspian European Club” çərçivəsində keçiriləcək biznes-forumda Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və Kvemo-Kartli regionunun qubernatoru Q.Nemzadze iştirakçı şirkətlərin rəhbərləri ilə görüşlər keçirəcək və onları maraqlandıran bütün suallara cavab verəcəklər.

“Caspian European Club”un sədrinin birinci müavini Telman Əliyev biznes-forumdan sonra ənənəvi "CEO Lunc"ın keçiriləcəyini qeyd edib. "CEO Lunch"da fəxri qonaq qismində Gürcüstan hökumətinin üzvlərinin iştirakı gözlənilir. Qeyd olunub ki, www.caspianenergy.org/index.php/az/registration/item/133-azerbajdzhano-gruzinskij-biznes-forum linki üzrə dekabrın 14-dək foruma qeydiyyat açıqdır.

T.Əliyev xatırladıb ki, 2018-ci il martın 30-da Gürcüstan və Azərbaycan hökumətlərinin, həmçinin "Caspian European Club"un dəstəyi ilə V Beynəlxalq Xəzər Enerji Forumu (Caspian Energy Forum) təşkil olunacaq. Forumun açılışında Gürcüstanın baş naziri Georgi Kvirikaşvilinin iştirakı planlaşdırılır.

Gürcüstan və Azərbaycanın dövlət və özəl sektoru arasında dialoqun qurulmasında aparıcı rol oynayan "CEO Lunch Tbilisi" həmçinin qeyri-rəsmi şəraitdə ünsiyyət və yeni işgüzar əlaqələr üçün əlavə imkanlar yaradır.

Son xəbərlər

Orphus sistemi