Gürcüstanın maliyyə naziri II "CEO Lunch Tbilisi"də iştirak edəcək

Gürcüstanın maliyyə naziri II "CEO Lunch Tbilisi"də iştirak edəcək III “CEO Lunch Tbilisi”nin isə dekabrın 1-də keçirilməsi planlaşdırılır
Biznes
23 Oktyabr , 2017 16:48
Gürcüstanın maliyyə naziri II CEO Lunch Tbilisidə iştirak edəcək

Bakı. 23 oktyabr. REPORT.AZ/ Oktyabrın 27-də Gürсüstanda ikinci “CEO Lunch Tbilisi” keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə “Caspian European Club” və “Caspian American Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib. Onun sözlərinə görə, foruma qeydiyyat (www.caspianenergy.org/index.php/ceo-lunch/item/125... oktyabrın 26-dək açıq olacaq.

“Fəxri qonaq qismində "CEO Lunch"da Gürcüstanın baş nazirinin birinci müavini, maliyyə naziri Dmitri Kumsişvili, maliyyə nazirinin birinci müavini Giorgi Tabuaşvili, maliyyə nazirinin müavinləri Laşa Xutsişvili, Nikolaz Qaqua, Giorgi Kakauridze və Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov iştirak edəcəklər", - deyə T.Əliyev bildirib.

T.Əliyev "CEO Lunch Tbilisi"nin hər bir iştirakçı şirkəti ilə şəxsən söhbət edən, onların problemləri ilə maraqlanan və Azərbaycanla Gürcüstan arasında ikitərəfli iqtisadi və işgüzar münasibətlərin nizamlanmasına dair onların təkliflərini dinləyən səfir D.Həsənovun şəxsi dəstəyini və iştirakını xüsusilə vurğulayıb.

O həmçinin xatırladıb ki, birinci “CEO Lunch Tbilisi” sentyabrın 29-da Gürcüstanda “Caspian Energy Georgia”nın fəaliyyətinin rəsmi yenilənmə mərasimi çərçivəsində Gürcüstanın baş naziri Georgi Kvirikaşvilinin iştirakı ilə təşkil olunub. III “CEO Lunch Tbilisi” dekabrın 1-də baş tutacaq. T.Əliyev 2018-ci ilin martında Gürcüstan və Azərbaycan hökumətlərinin, həmçinin “Caspian European Club”un dəstəyilə V Beynəlxalq “Caspian Energy Forum”un keçiriləcəyini əlavə edib. Forumun açılışında Gürcüstanın baş naziri Georgi Kvirikaşvilinin iştirakı planlaşdırılır.

Sıralarında 50 ölkədən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian European Club” Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə 2002-ci ilin iyununda yaradılıb. “Caspian European Club” dövlət qurumları ilə özəl sektor arasındakı dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparmaqla yanaşı, həmçinin kiçik və orta biznesin və startapların inkişafı üzrə layihələrə informasiya və təşkilati dəstək göstərir.

Son xəbərlər

Orphus sistemi