Tbilisi. 11 yanvar. REPORT.AZ/ “Baku Business Factory”nin (BBF) nümayəndələri bu gün Tbilisidə Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini Giorgi Çerkezişvili ilə görüşüblər.
“Report”un xəbərinə görə, BBF-in İdarə Heyətinin üzvü Anar Əskərov görüşdə qeyd edib ki, iki ölkə arasında əlaqələrin inkişafı startap layihələrin əməkdaşlığı üçün əlverişli şərait yaradır. A.Əskərov BBF-in fəaliyyəti, həyata keçirilən layihələrə göstərilən dəstək imkanları ilə bağlı məlumat verib.
Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini Giorgi Çerkezişvili ölkəsində startap layihələrinə göstərilən dəstəklə bağlı məlumat verib. O qeyd edib ki, hazırda Nazirliyin əsas hədəfi Gürcüstanın regionlarındakı layihələrə dəstək verməklə onların inkişafını təmin etməkdir.
Görüşdə BBF-lə Gürcüstanın müvafiq təşkilatları arasında əlaqələrin inkişaf etdirilməsi, qarşılıqlı əməkdaşlıq yolları müzakirə olunub.
Qeyd edək ki, “Baku Business Factory” azərbaycanlı iş adamı, “Union Grand Energy PTE” Şirkətlər Qrupunun təsisçisi