Gürcüstanın Azərbaycana ixracı 4% artıb

Gürcüstanın Azərbaycana ixracı 4% artıb Bu ilin 10 ayı ərzində Gürcüstan Azərbaycana 400 mln. 350,7 min dollar dəyərində məhsul ixrac edib.
Biznes
19 Noyabr , 2019 11:19
Gürcüstanın Azərbaycana ixracı 4% artıb

Bu ilin 10 ayı ərzində Gürcüstan Azərbaycana 400 mln. 350,7 min dollar dəyərində məhsul ixrac edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin hesabatında bildirilib.

İllik müqayisədə qonşu ölkənin Azərbaycana ixracı 4,1% artıb.

Yanvar-oktyabr aylarında Azərbaycan Gürcüstanın ümumi ixracında 13,2% paya sahib olub. Azərbaycan Rusiyadan sonra qonşu ölkənin ikinci əsas ixrac tərəfdaşı olub.

Son xəbərlər

Orphus sistemi