Gürcüstanın Azərbaycandan idxalı azaldı

Gürcüstanın Azərbaycandan idxalı azaldı Yanvar ayında Gürcüstan Azərbaycandan 58 767,9 min ABŞ dolları dəyərində məhsul idxal edib.
Biznes
19 Fevral , 2020 11:08
Gürcüstanın Azərbaycandan idxalı azaldı
Freepik.com

Yanvar ayında Gürcüstan Azərbaycandan 58 767,9 min ABŞ dolları dəyərində məhsul idxal edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin hesabatında bildirilib.

İllik müqayisədə qonşu ölkənin Azərbaycandan idxalı 9% azalıb.

Gürcüstanın ümumi idxalında 9,5% paya sahib olan Azərbaycan qonşu ölkənin Türkiyə, Rusiya və Çindən sonra dördüncü əsas idxal tərəfdaşı olub.

Son xəbərlər

Orphus sistemi