Yuxarı

Gürcüstandan Azərbaycana kənd təsərrüfatı məhsullarının ixracı 120% artıb

Tbilisi. 9 fevral. REPORT.AZ/ 2018-ci ildə Azərbaycan Gürcüstanın kənd təsərrüfatı məhsullarının ixracı üçün əsas bazarlardan biri olub.

“Report”un yerli bürosunun verdiyi xəbərə görə, bu barədə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

İllik müqayisədə ötən il Gürcüstandan Azərbaycana kənd təsərrüfatı məhsullarının ixrac həcmində 120% artım qeydə alınıb.

2018-ci ildə qonşu ölkədə aqrar məhsulların ixracı baxımından yeni rekord qeydə alınıb. Hesabat dövründə Gürcüstan 959,2 mln. dollar dəyərində kənd təsərrüfatı məhsulları ixrac edib. Bu göstərici illik müqayisədə 23,2% çoxdur.

Ötən il Gürcüstandan ən çox ixrac olunan kənd təsərrüfatı məhsullarının ilk beşliyinə şərab, qoyun və keçi əti, alkoqolsuz qazlaşdırılmış içkilər, mineral və içməli sular və spirtli içkilər daxil olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi