Yuxarı

Gürcüstanda işləyən Azərbaycan vətəndaşlarının sayı məlum olub

Gürcüstanda işləyən Azərbaycan vətəndaşlarının sayı məlum olub

Bu ilin yanvar-iyul aylarında Gürcüstanda çalışan əcnəbi vətəndaşların sayı 10 573 nəfər təşkil edib.

“Report”un yerli bürosu xəbər verir ki, bunu “Businesspressnews” nəşri yazıb.

Gürcüstanın Gəlirlər Xidmətinin təqdim etdiyi statistik məlumata əsasən, ölkədə 124 ölkə vətəndaşı əmək fəaliyyəti ilə məşğul olur.

Qonşu ölkəyə işləmək məqsədilə yollanan xarici vətəndaşların ilk 10-luğunda Azərbaycan 1 210 nəfərlə ikinci yerdədir. Birinci yerdə Türkiyə (2 539 nəfər), üçüncü yerdə isə Ukrayna (1 181) qərarlaşıb.

2018-ci ildə Gürcüstanda 11 697 xarici vətəndaş işləyib ki, bu da illik müqayisədə 295 nəfər çoxdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi