Gürcüstan məhsullarının Azərbaycana ixracı artdı

Gürcüstan məhsullarının Azərbaycana ixracı artdı Ötən ay Gürcüstan Azərbaycana 43 981,5 min ABŞ dolları dəyərində məhsul ixrac edib.
Biznes
19 Fevral , 2020 11:22
Gürcüstan məhsullarının Azərbaycana ixracı artdı

Ötən ay Gürcüstan Azərbaycana 43 981,5 min ABŞ dolları dəyərində məhsul ixrac edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

2019-cu ilin yanvar ayı ilə müqayisədə qonşu ölkənin Azərbaycana ixracında 27,6% artım olub.

Hesabat dövründə Azərbaycan Gürcüstanın ümumi ixracında 16,7% paya sahib olmaqla, Çindən sonra qonşu ölkənin ikinci əsas ixrac tərəfdaşı olub.

Son xəbərlər

Orphus sistemi