​Gürcüstan Azərbaycandan məhsul idxalını artırıb

​Gürcüstan Azərbaycandan məhsul idxalını artırıb Azərbaycandan əsasən qaz, neftt məhsulları, elektrik enerjisi idxal olunub
Biznes
3 Yanvar , 2015 21:30
​Gürcüstan Azərbaycandan məhsul idxalını artırıb

Bakı. 3 yanvar. REPORT.AZ/ 2014-cü ilin yanvar-noyabr aylarında Gürcüstan Azərbaycandan 565,89 milyon dollar məbləğində məhsul idxal edib.

"Report" xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Komitəsinin xarici ticarətə dair hesabatında bildirilir.

Hesabata görə, il ərzində Azərbaycandan Gürcüstana idxal həcmi 1,8 % artıb.

Müqayisə üçün qeyd edək ki, 2013-cü ilin analoji dövründə Gürcüstan Azərbaycandan 555,81 mln. dollar məbləğində mal idxal edib.

Azərbaycan Gürcüstanın mal idxal etdiyi ölkələr sırasında üçüncü yerdə qərarlaşıb. Gürcüstana gətirilən ümumi mal həcmində Azərbaycan ixracının xüsusi həcmi 7,3% təşkil edir.

Gürcüstan göstərilən dövr ərzində Azərbaycandan əsasən qaz, neft məhsulları, elektrik enerjisi və digər məhsullar idxal edib.

Son xəbərlər

Orphus sistemi