Gürcüstan Azərbaycana məhsul ixracını artırıb

Gürcüstan Azərbaycana məhsul ixracını artırıb Bu ilin yanvar-may aylarında Gürcüstan Azərbaycana 168 790,7 min ABŞ dolları civarında məhsul ixrac edib.
Biznes
19 İyun , 2019 11:30
Gürcüstan Azərbaycana məhsul ixracını artırıb

Bu ilin yanvar-may aylarında Gürcüstan Azərbaycana 168 790,7 min ABŞ dolları civarında məhsul ixrac edib. 

“Report”un Gürcüstan Statistika İdarəsinə istinadən verdiyi xəbərə görə, bu rəqəm Gürcüstanın ümumi ixracının 11,5%-ni təşkil edib.

Ötən ilin eyni dövründə isə Gürcüstanın Azərbaycana ixracı 162 265,1 min dollar olmuşdu ki, bu da həmin dövr üzrə ümumi ixracın 12,6%-i deməkdir.

Bu il Gürcüstan ən çox məhsul ixrac etdiyi ölkələr sırasında Azərbaycan Rusiyadan sonra ikinci yerdə durur.

Bu ilin 5 ayında Gürcüstan Azərbaycandan 266 806,1 min dollarlıq məhsul idxal edib ki, bu da ümumi idxalın 7,6%-i deməkdir. 2018-ci ilin analoji dövründə isə rəsmi Tbilisinin Bakıdan idxalı 270 776,3 min dollara bərabər olub. Bu isə ümumi idxalın 7,5%-i deməkdir.

İdxalda isə Azərbaycan 10 ölkə arasında 4-cüdür. İlk 3-lüyü Türkiyə, Rusiya və Çin tutur.

Bu il iki ölkə arasında ticarət dövriyyəsi 435 596,9 min dollar olub ki, bu da Gürcüstanın ümumi ticarət dövriyyəsinin 8,8%-ni təşkil edir.

Son xəbərlər

Orphus sistemi