Yuxarı

Gürcüstan Azərbaycana inşaat materialları ixrac etməyi planlaşdırır

Məhsullar Almaniyanın Henkel şirkəti tərəfindən satılacaq

Bakı. 15 sentyabr. REPORT.AZ/ Almaniyanın "Henkel" şirkəti Tbilisi yaxınlığında Qafqazın ilk quru inşaat qarışıqları və yapışqan materialları istehsalı zavodunu inşa edib.

"Report" "Sputnik"ə istinadən xəbər verir ki, şirkət öz məhsullarını Gürcüstan, Azərbaycan, Ermənistan və Mərkəzi Asiya ölkələrində satmağı planlaşdırır.

Zavod Kvemo-Kartli bölgəsində, azərbaycanlıların da yaşadığı Qardabani şəhərinin (Qarayazı) Martkopi kəndində yerləşir. Onun tikintisinə və təchizatına 8 milyon dollar vəsait yatırılıb. Müəssisə "Ceresit" brendi altında 40-dan çox məhsul növü (Köpük, kipləşdiricilər, yapışqanlar, zamaska və başqa materiallar) istehsal edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi