Göyçayda sahibkarlara 4 mln. manatdan artıq güzəştli kredit verilib

Göyçayda sahibkarlara 4 mln. manatdan artıq güzəştli kredit verilib Bakı. 7 dekabr. REPORT.AZ/ Bu gün İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Göyçay rayonunun Ulaşlı Şıxlı kəndində işgüzar forum keçirib. 
Biznes
7 Dekabr , 2017 16:21
Göyçayda sahibkarlara 4 mln. manatdan artıq güzəştli kredit verilib

Bakı. 7 dekabr. REPORT.AZ/ Bu gün İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Göyçay rayonunun Ulaşlı Şıxlı kəndində işgüzar forum keçirib. 

"Report” Nazirliyə istinadən xəbər verir ki, tədbir çərçivəsində rayonun iqtisadi potensialına uyğun olaraq, “start-up” layihələrin maliyyələşdirilməsi, müasir heyvandarlıq kompleksinin, intensiv bağçılıq, cins heyvandarlıq, istixana, quşçuluq və çəltikçilik təsərrüfatlarının, meyvəqurutma müəssisəsinin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar sahibkarlara təqdim olunub.

Forumda çıxış edən SKMF-in icraçı direktoru Şirzad Abdullayev rəhbərlik etdiyi qurumun fəaliyyəti və bu il verilmiş güzəştli kreditlər hesabına həyata keçirilən layihələr barədə məlumat verib. Onun sözlərinə görə, ilin əvvəlindən 1850 sahibkarlıq subyektinin ümumi dəyəri 500 mln. manat olan investisiya layihəsinin maliyyələşdirilməsinə 121,7 mln. manat güzəştli kredit verilib. 

İcraçı direktor həmçinin bildirib ki, bugünkü tədbirdə veriləcək kreditlər də daxil olmaqla, ümumilikdə, Aran iqtisadi rayonunda 13 500 investisiya layihəsinin maliyyələşdirilməsinə 545 mln. manat güzəştli kredit ayrılıb. Qeyd edək ki, forum çərçivəsində sahibkarlıq subyektlərinə 4,3 mln. manat güzəştli kredit verilib. Bu kreditlər, əsasən, heyvandarlıq, bağçılıq, aqroparkın yaradılması, tikinti materiallarının istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Layihələrin reallaşdırılması 400-dən çox yeni iş yerinin yaradılmasına imkan verəcək.

Tədbir çərçivəsində Göyçay rayonunun Ləkçıplaq kəndində güzəştli kredit ayrılmış logistik mərkəzə baxış keçirilib. Qeyd edək ki, son illər ümumi dəyəri 355 mln. manat olan 51 logistik mərkəzin yaradılmasına 163,5 mln. manat güzəştli kredit verilib.

Son xəbərlər

Orphus sistemi