​Goranboyda sahibkarlarla işgüzar forum keçirilib

​Goranboyda sahibkarlarla işgüzar forum keçirilib Forumda 55 sahibkara 5,4 mln. manat güzəştli kredit verilib
Biznes
19 May , 2016 20:11
​Goranboyda sahibkarlarla işgüzar forum keçirilib

Bakı. 19 may. REPORT.AZ/ Bu gün İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Goranboy rayonunda sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən xəbərə görə, forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumat verilib, Goranboyda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarlarla müvəkkil kredit təşkilatları arasında işgüzar münasibətlər qurulub, sahibkarların investisiya layihələri maliyyələşdirilib.

Forumda 100-dən çox sahibkariştirak edib. Goranboy rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədi ilə forum çərçivəsində prioritet hesab olunan südlük istiqamətli cins heyvandarlıq kompleksinin, intensiv bağçılıq, cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının, gips əsaslı üzlüklərin, dam örtükləri istehsalı müəssisələrinin, 3 ulduzlu otelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Forumda çıxış edən Fodunicraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, bu ilin ötən dövrü ərzində 895 sahibkara 55 mln. manatdan çox güzəştli kredit verilib. Onun sözlərinə görə, kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 1900-dan çox yeni iş yerinin yaradılmasına imkan verir: “Ümumilikdə, bugünədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 5856 investisiya layihəsinin maliyyələşdirilməsinə 217,4 mln. manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, taxıl anbarlarının, istixana təsərrüfatlarının, quşçuluq fabrikinin, cins iri buynuzlu heyvandarlıq komplekslərinin, çörək zavodlarının, meyvə-tərəvəz, ət, süd emalı, süfrə suları istehsalı, tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib”.

Tədbir çərçivəsində Goranboy və ətraf rayonlardan olan 55 sahibkara 5,4 mln. manat güzəştli kredit verilib. Kreditlər əsasənheyvandarlıq, quşçuluq, üzümçülük, pambıqçılıq, tikinti materialları istehsalı sahələrinin inkişafına yönəldiləcək. Bu investisiya layihələrinin reallaşdırılması hesabına 400-dən çox yeni iş yerinin açılması imkan yaranacaq.

Forum çərçivəsində Goranboyda güzəştli kredit ayrılan 200 başlıq cins heyvandarlıq və pambıqçılıq təsərrüfatlarına baxış keçirilib. Son illərdə güzəştli kreditlər hesabına ildə 190 min ton süd və 2,6 min ton ət istehsal etmək gücündə olan 25 cins heyvandarlıq kompleksinin yaradılmasına 104,7 mln. manat, illik emal gücü 207,4 min ton olan 9 süd emalı müəssisəsinin maliyyələşdirilməsinə 22,7 mln. manat güzəştli kredit verilib.

Son xəbərlər

Orphus sistemi