Yuxarı
    Bağlamaq

    Goranboy və ətraf rayonlardakı sahibkarlıq subyeklərinə 2,6 mln. manat güzəştli kredit verilib

    Bakı. 15 dekabr. REPORT.AZ/ Bu gün İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Goranboy rayonunun Rəhimli kəndində işgüzar forum keçirib. 

    "Report" Nazirliyə istinadən xəbər verir ki, 90-a yaxın sahibkarın iştirakı ilə keçirilən tədbir çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması istiqamətində sahibkarlarla müzakirələr aparılıb, Goranboy rayonunun iqtisadi potensialına uyğun olaraq, bitki yağları və nar konsentratı istehsalı, süd emalı və meyvəqurutma müəssisələrinin, südlük istiqamətli cins heyvandarlıq, intensiv bağçılıq və arıçılıq təsərrüfatlarının yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar sahibkarlara təqdim olunub.

    Forumda SKMF-in icraçı direktorunun müavini Arif Vəliməmmədov Fondun özəl bölmənin inkişafında, xüsusən də regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. O qeyd edib ki, bugünkü işgüzar forumda verilən kreditlər də daxil olmaqla indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 6600-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 238,5 mln. manat güzəştli kredit verilib.

    Həmçinin tədbir çərçivəsində Goranboy rayonunda fəaliyyət göstərən nar emalı müəssisəsinə güzəştli kreditin verilməsinə dair razılıq əldə edilib. 

    Forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Goranboy və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyeklərinə 2,6 mln. manat güzəştli kredit verilib. Güzəştli kreditlər aqroparkın yaradılması, heyvandarlıq, əkinçilik, eləcə də bağçılıq, üzümçülük və s. sahələrin inkişafına yönəldiləcək. Ümumilikdə isə, indiyə qədər Goranboy rayonundan olan 985 sahibkara 17,8 mln. manat güzəştli kredit verilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi