Gömrük orqanlarının vəzifəli şəxslərinin attestasiya qaydası təsdiqlənib

Gömrük orqanlarının vəzifəli şəxslərinin attestasiya qaydası təsdiqlənib Bakı. 30 noyabr. REPORT.AZ/ Nazirlər Kabineti “Gömrük orqanlarının vəzifəli şəxslərinin attestasiyasının keçirilməsi qaydası”nı təsdiq edib.
Biznes
30 Noyabr , 2017 11:55
Gömrük orqanlarının vəzifəli şəxslərinin attestasiya qaydası təsdiqlənib

Bakı. 30 noyabr. REPORT.AZ/ Nazirlər Kabineti “Gömrük orqanlarının vəzifəli şəxslərinin attestasiyasının keçirilməsi qaydası”nı təsdiq edib.

“Report” xəbər verir ki, bununla bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.

Qaydaya əsasən, gömrük orqanlarında hər bir vəzifəli şəxs 5 ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilir. Bunun üçün müvafiq vəzifədə azı 1 il çalışmaq lazımdır.

Uşağa qulluq etmək üçün məzuniyyətdə olan vəzifəli şəxslər xidmətə qayıtdıqdan sonra 1 ildən tez olmayaraq attestasiyadan keçməlidirlər.

Eyni vəzifədə azı 3 dəfə attestasiya olunaraq tutduğu vəzifəyə uyğun olduğu müəyyən edilmiş vəzifəli şəxslər attestasiya olunmurlar.

Attestasiyanı xüsusi komissiya keçirir. Onun tərkibini Dövlət Gömrük Komitəsinin sədri müəyyən edir. Attestasiya komissiyası kollegial orqandır. O, azı beş nəfərdən təşkil edilməlidir və bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. 

Son xəbərlər

Orphus sistemi